Dünya 10:29 18.02.2019

Sergey Skripalın vəziyyəti pisləşib

Sabiq rus agenti Sergey Skripalın vəziyyəti pisləşib.

Qaynarinfo Crime Russia-ya istinadən xəbər verir ki, ötən ilin mart ayında İngiltərədə "Noviçok" sinir maddəsi ilə hücuma məruz qalan 67 yaşlı sabiq agentin səhhətindəki problem zəhərlənmə ilə əlaqələndirilir. 

Skripalın səhhəti uzun müddət komada qalandan sonra sabitləşmişdi və müalicəsinə evdə davam edilirdi. Toksikoloqlar "Noviçok"un uzun müddət ərzində necə təsir göstərəcəyini müəyyənləşdirə bilmədiklərini deyir. Digər sinir zəhərləri isə yaddaş itkisi, əzələ sisteminin funksiyasının pozulması kimi hallara səbəb olur.

Qeyd edək ki, Sergey Skripalla birlikdə sui-qəsdə məruz qalan və tam sağalan qızı Yuliya Skripalın da səhhətində problemlərin yarandığı iddia edilir. Ötən dövrlərdə Yuliyanın itkin düşməsi barədə xəbərlər belə yayılmışdı.

Gülşən