Dünya 11:33 19.07.2018

Sergey və Yuliya Skripalı zəhərləyən şəxslər müəyyənləşdirildi

İngiltərədə mart ayında sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripalı zəhərləyənlərin şəxsiyyətlərinin müəyyənləşdirildiyi bildirilir.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, polis hücumun rus əsilli bir neçə şəxs tərəfindən törədildiyini açıqlayıb.

Qeyd edək ki, ata və qızı mart ayında "Noviçok" maddəsi ilə zəhərlənmiş, bir müddət komada qalmış, hadisə Rusiya ilə böyük diplomatik böhrana səbəb olmuşdu. Ötən günlərdə isə daha 2 İngiltərə vətəndaşının bu maddə ilə zəhərləndiyi, 44 yaşlı Daun Starqessin dünyasını dəyişdiyi açıqlanmışdı.

Gülşən