Sərhəddə baş verən insidentlə bağlı istintaq başladı

Sərhəddə baş verən insidentlə bağlı istintaq başladı

"Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq aparılır”.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O, bu cür halların xoşagəlməz olduğunu deyib: "Hazırda xəsarət alan şəxsin həyatına heç bir təhlükə yoxdur”.

Nazir müavini məsələ ilə bağlı indiki mərhələdə əlavə şərhin verilməsinə ehtiyacın olmadığını qeyd edib. 
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR