Dünya 13:04 25.05.2013

Serial çəkilişində partlayış - VİDEO

Partlayan evin sahibi infarkt keçirib.

Türkiyədə serial çəkilişlərindən birinin pavilyonunda partlayış baş verib. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, özəl kanallardan birində yayımlanan "Şevkat Tepe" serialının çəkilişi Konyada aparılıb. Ssenariyə uyğun olaraq partlayış səhnəsi hazırlanıb. Amma partlayıcının miqdarı çox olduğu üçün partlayış güclü olub. Yanğınsöndürənlər alovlarla mübarizəyə 1 saatdan çox vaxt sərf ediblər. 

Nəticədə ev yararsız hala düşərək dağılıb. Evinin dağılıdğını görən ev sahibi infarkt keçirib. Partlayış baş verən evin yaxınlığındakı mənzillərədə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. 

Qaynar.info