Yazıçı Şərif Ağayarın "Ağ göl” adlı yeni romanı işıq üzü görüb.

"Qanun” nəşriyyatında çap olunan kitab yaxın günlərdə şəhərin kitab mağazalarında olacaq.

Roman sirli əfsanələrlə zəngin olan Ağ gölün kənarındakı Pircahan qəsəbəsinin sakinlərindən bəhs edir. Əsərin qəhrəmanı tor toxumaqda və çəpər çəkməkdə yüksək məharəti olan Hörümçək ləqəbli Camal ata həm də təbiəti duymaq, onu hiss etmək bacarığına sahibdir. O, roman boyu bircə kəlmə danışmasa da həm insanlrla, həm təbiətlə, həm də oxucuyla çox asan dialoqa girir, içindən keçənləri onlara çatdırır.

Magik-realist üsluba yaxın tərzi ilə seçilən roman müəllifin yaradıcılığı üçün yeni hesab oluna bilər.