İdman 15:00 17.08.2018

"Şerif"in "Qarabağ"la oyunlar üçün heyəti (SİYAHI)

"Şerif" Avropa Liqasının pley-off mərhləsində "Qarabağ"la keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qaynarinfo xəbər verir ki, Moldova klubunun baş məşqçisi Qoran Sabliç 25 futbolçu sifariş edib. Bunlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi və 5-i hücumçudu.

Qeyd edək ki, "Şerif"lə "Qarabağ" arasında ilk oyun avqustun 23-də Tiraspoldakı "Şerif” İdman Kompleksinin stadionunda, cavab qarşılaşması isə ayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hər iki oyun saat 21.00-da start götürəcək. 

Qapıçılar: 20. Zvonimir Mikuliç, 21. Nikolay Çebotar, 33. Sergey Paşenko.
Müdafiəçilər: 4. Petru Raku, 14. Benjamin Balima, 15. Kristiano, 22. Vadim Dijinar, 23. Vladimir Kovaçeviç, 26. İvan Voropay, 35. Ante Kuluşiç, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak.
Yarımmüdafiəçilər: 7. Jerson Rodriqes, 11. Abdul Qafar, 17. Aleksandr Belousov, 18. Georgi Anton, 19. Antun Paliç, 32. Yevgeni Oança, 77. Yuri Kendış, 88. Rifet Kapiç.
Hücumçular: 9. Jo Santos, 16. Andrey Kobets, 39. Ziqi Badibanqa, 45. Alxaci Kamara, 97. Aleksandr Boyçuk.