Ermənistan prezidenti Serj Sarkisyanın səhhəti pisləşib.

Qaynarinfo "Jamanak” qəzetinə istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.

Sarkisyan bu ilin əvvəlindən ictimaiyyət arasında görünməyib. O, yanvarın 5-də qəndildəki şamın yandırılması və bir gün sonra Milad bayramı ilə bağlı duanın oxunması mərasimində iştirak etməyib.

Məlumata görə, Sarkisyan hazırda Nairi Tibb Mərkəzində müalicə olunur.

Prezidentin mətbuat katibi Vladimir Akopyan Sarkisyanın səhhətində prolem olduğunu təsdiqləyib. Mətbuat katibi bildirib ki, Yeni ildə prezidentə soyuq dəyib və bu müddətdə evdə müalicə olunub.