Foto 11:58 18.04.2018

Serj Sarkisyanın iqamətgahı mühasirəyə alındı (FOTOLAR)

Ermənistanın yeni baş naziri Serj Sarkisyana qarşı etiraz aksiyaları davam edir.

Qaynarinfo News.am-a istinadən xəbər verir ki, nümayişin rəhbəri olan Milli Məclis üzvü Nikol Paşinyan və çox sayda insan ölkə rəhbərinin iqamətgahı önünə toplaşıblar. Binanın blokadaya alınacağını deyən Paşinyan bildirib ki, Sarkisyan gecə tikanlı məftillərin yığışdırılmasına göstəriş verib, lakin o özü Ermənistana bu məftillərin arxasından boylanacaq. 

Qeyd edək ki, 13 apreldə başlayan etirazlara baxmayaraq Serj Sarkisyan dünən baş nazir elan edilib. Ermənistanda prezident səlahiyyətləri baş nazirə keçib. Sabiq prezident Sarkisyanın bu vəzifəyə təyini onun ölkəyə yenidən rəhbərlik etməsi deməkdir.

Gülşən