Ölkə 11:29 22.07.2013

Sərnişin avtobusu qəzaya uğradı - YARALANANLAR VAR

Bu gecə Dağıstandan Azərbaycana gələn sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə Dağıstanın Bərbəryurt rayonunda qeydə alınıb.

 İlkin məlumata görə, avtobusda 30 nəfər olub. Qəza nəticəsində yaralanan iki nəfər hospitala yerləşdirilib. 

Hazırda hadisənin səbəbləri araşdırılır.

Qaynar.info