Video 11:35 11.07.2018

Sərnişinlə sürücü hərəkətdə olan avtobusda əlbəyaxa oldular - Təhlükəli anlar (VİDEO)

Türkiyədə özəl marşrut xətlərinin birinə aid avtobusda sərnişinlə sürücü arasında dava düşüb.

Qaynarinfo xəbər verir ki, hadisə Antalya şəhərində baş verib. Sərnişinin gedəcəyi yerlə bağlı suallar verməsindən bezən sürücünün sərt reaksiyasından sonra mübahisə düşüb və ardınca isə sərnişin sürücüyə hücum çəkib.

Sürücünün yerindən ayrılması ilə avtobus öz-özünə hərəkət etməyə başlayıb. Avtobusun içində əlbəyaxa olan sürücü ilə sərnişini digər sərnişinlər ayırmağa çalışıb.

Bu zaman hərəkət edən avtobusu da sərnişinlərdən biri dayandırıb. Dava daha sonra avtobusdan kənarda davam edib və sahibkarlardan birinin müdaxiləsindən sonra mübahisə bitib.

Bu zaman avtobusdakı digər sərnişinlərin qorxu dolu anları anbaan kameraya düşüb.

Sözügedən videonu sizlərə təqdim edirik: