Dünya 09:27 08.11.2019

Şərqi Azərbaycan əyalətində güclü zəlzələ: Ölən və yaralılar var

İranın şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, zəlzələ Bakı vaxtı ilə 02:47-də Təbrizdən 156 kilometr aralıqda qeydə alınıb. Avropa seysmoloqlarının bildirdiyinə görə, zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində ölənlərin sayı 5-ə, yaralıların sayı 120-yə çatıb. 

Şərqi Azərbaycan böhran mərkəzinin rəhbəri Mohammad Baker Xonar bildirib ki, zəlzələ bölgəsinə səkkiz xilasetmə briqadası göndərilib.