Foto 09:35 18.03.2018

Səsvermə başladı: Rusiya vətəndaşları prezidentini seçir

Rusiyada prezident seçkiləri üzrə səsvermə başlayıb.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb. Rusiya vətəndaşları namizədlərini seçmək üçün Azərbaycanda açılan səsvermə məntəqələrinə də axın edirlər.

Səsvermə yerli vaxtla 8:00-dan başlayıb və 20:00-dək davam edəcək.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi var, onlardan 400-dən çoxu xaricdədir. Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddia edir.