Ölkə 23:08 11.04.2018

Səsvermənin ilkin nəticələri açıqlandı: İlham Əliyev 86,09 faiz səs toplayıb

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.

Qaynarinfo-nun xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86.09 % səslə qalib olub.

Xatırladaq ki, ölkə üzrə olan 5 milyon 314 min 365 seçici iştirak edib.