Səudiyyə Ərəbistanı növbəti ilkə imza atıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Riyadda bu həftə Ərəb Moda Həftəsi təşkil edilir. Tədbirdə Jan Paul Qaultier, Roberto Kavalli kimi məşhur dizaynerlər də qatılıb. 

Moda həftəsini təşkil edən şahzadə Noura İbin Fəysal Əl Suud bildirib ki, bu tədbir ölkədə marağa səbəb olub və moda sənayesinin inkişafına təkan verəcək. 

Qeyd edək ki, Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman ölkədə "Mülayim İslam" qaydalarının tətbiqinə başlayıb. Son aylarda qadınlara bir çox hüquqlar verilib. 

Gülşən