"Mülayim İslam"a keçməyə hazırlaşan Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir yenilik edir. "Qaynarinfo" xəbər verir ki, bundan əvvəl qadınların stadionlara girişinə və maşın sürməsinə icazə verən ölkə rəhbərliyi ilk dəfə qadınlar arasında basketbol turniri keçirməyə hazırlaşır.
Gələn həftənin şənbə günü başlayacaq turnirdə 6 qadın komandası yarışacaq. Oyunlar Ciddənin Qırmızı dəniz turist bölgəsindəki "King Abdullah Sports City"də baş tutacaq.
Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü Leena Al Maeena turnirlə bağlı bunları deyib: "Belə bir idman növündə qadınların da oynamaq haqqının olduğu üçün xoşbəxtik. Ümid edirik ki, turnirlər davam edəcək. Ciddənin ən yaxşı qadın klublarının yer aldığı turnirə uğurla ev sahibliyi edəcəyinə əminəm".
Qaynarinfo.Az
Şərhlər