Dünya 10:39 21.04.2018

Səudiyyə Yəməndə mülki əhalini hədəf aldı: 14 ölü, 4 yaralı

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri mülki vətəndaşları hədəf alıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Mavza əyalətində bazardan qayıdan mülki vətəndaşları daşıyan avtobus yanlışlıqla hədəf alınıb. Nəticədə 14 nəfər ölüb, 4 nəfər yaralanıb.

Koalisiya qüvvələri məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi hökm sürür. Ölkədə yerli hakimiyyətə dəstək verən koalisiya qüvvələri və İranın arxasında dayandığı Husilər arasında müharibə davam edir.

Gülşən