İdman 11:46 28.03.2018

Səudiyyədə daha bir ilk

Səudiyyə Ərəbistanı ilk dəfə ABŞ Güləş Federasiyasının təşkil etdiyi yarışa ev sahibliyi edəcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yarış 27 aprel 2018-ci ildə Ciddə şəhərində Kral Abdulla İdman Kompleksində keçiriləcək və 50 güləşçi mübarizə aparacaq. 

ABŞ-ın məşhur professional güləşçiləri Con Sina"Triple H" adı ilə tanınan Hanter Hörst Hermzli 2010-cu ildən bəri ilk dəfə Ciddədə üz-üzə gələcəklər. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İdman Təşkilatı ölkədə güləş yarışlarının keçirilməsi üçün Dünya Güləş Əyləncə təşkilatı ilə 10 illik müqavilə imzalayıb.

Gülşən