Dünya 16:00 08.11.2017

Səudiyyədə həbslərin ikinci dalğası start götürdü

Səudiyyə Ərəbistanında ötən həftə rüşvətxorluq və korrupsiya ilə mübarizə çərçivəsində başlayan əməliyyatların 2-ci mərhələsi start götürüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, həbs edilənlər arasında 2011-ci ildə ölmüş vəliəhd şahzadə Sultan İbin Əbdüləzizin yaxınlarının olduğu deyilir. 

Qeyd edək ki, həbsin ilk mərhələsində 11 şahzadə, 4 nazir, onlarla sabiq nazir və biznesmen həbs edilmişdi.

Səudiyyənin baş prokuroru Şeyx Saud Əl Mucəb açıqlama verərək daha 500 nəfərin həbs edilə biləcəyini, qaçma ehtimalına görə həmin şəxslərin adlarının açıqlanmadığını demişdi.

Həbs edilənlər arasında dünyada məşhur milyarderlər var və onlar 5 ulduzlu oteldə saxlanılırlar. Həbs prosesinə rəhbərliyi vəliəhd Məhəmməd İbin Salman edir.

Gülşən
Qaynarinfo.Az