Dünya 13:59 13.11.2017

Səudiyyədən ərəb ölkələrinə təcili İran müraciəti

Səudiyyə Ərəbistanı Ərəb Birliyi ölkələrinə təcili iclas üçün müraciət edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, müraciətdə ərəb ölkələrinin xarici işlər naziri gələn bazar günü üçün təcili iclasa çağırılır. 

Görüşdə İranın bu ölkələrin daxil işlərinə müdaxiləsi məsələsi əsas müzakirə mövzusu olacaq. Səudiyyə Ərəbistanı İranı İraq, Livan, Yəmən və Suriyadakı proseslərə müdaxilədə və bu ölkələrdə qeyri-sabitlik yaratmaqda ittiham edir. 

Gülşən
Qaynarinfo.Az