Dünya 11:39 07.08.2018

Səudiyyədən Kanada əleyhinə növbəti addım: bütün uçuşlar təxirə salındı

Səudiyyə Ərəbistanı Hava Yolları Kanadaya bütün səfərlərin və Kanadadan ölkəyə gerçəkləşdirilən bütün uçuşların ləğv edildiyini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Səudiyyə tərəfi Kanada səfirini ölkədən qovmuş, Kanadadakı səfirini geri çağırmışdı. Həmçinin bütün ticarət əlaqələrinin dayandırılması barədə qərar qəbul olundu. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının insan haqqları fəallarını həbs etməsi Kanadanın tənqidinə səbəb olmuşdu. Səudiyyə isə Kanadanın bu addımına sərt cavab verdi və bu ölkəni daxili işlərinə müdaxilədə ittiham etdi.

Gülşən