Dünya 15:20 11.12.2017

Səudiyyədən "Mülayim İslam" yolunda növbəti addım

Səudiyyə Ərəbistanı növbəti aylarda ölkədə kinoteatrlara icazə verməyə hazırlaşır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qadağa 2018-ci ilin ilk aylarından qüvvəyə minəcək və insanlar kinoteatrlarda film izləyə biləcəklər.

Qeyd edək ki, Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman ölkədə son dövrlərdə "Mülayim İslam" qaydalarını tətbiq edərək proqressiv addımlar atır. Vəliəhd son aylarda qadınların avtomobil idarə etməsinə icazə barədə qərar qəbul edib. Ötən günlərdə isə ölkədə ilk dəfə qadın müğənni solo konsertlə çıxış etdi və qadınlar konsert zalına buraxıldı.

Gülşən