Foto 14:42 10.02.2018

Sevda verilişə transparan libasda gəldi (FOTOLAR)

Ötən gün "Sayqa ilə bu axşam" verilişinin qonağı olan Sevda Kazımova geyimi ilə yenidən gündəmə gəlib.

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, xanım ifaçı proqrama transparan (şəffaf) geyimdə gəlib.

30 ildir səhnədə olduğunu deyən müğənni açıq-saçıq geyimini "Yaraşır ki, geyinirəm də. Yaraşmasa, geyinmərəm ki. Bədən ölçülərim buna cavab verir" sözləri ilə izah edib.

Qeyd edək ki, ötən ilin aprelində nənə olan S.Kazımovanın oğlunun toyunda geyindiyi geyim də çox müzakirə olunmuşdu.