Video 13:08 23.02.2018

Sevda Yahyayeva: “Yazırlar ki, kişiyə oxşayırsan” (VİDEO)

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Sevda Yahyayeva olub.

Qaynarinfo xəbər verir ki, müğənni sosial şəbəkələrdə yayılan görüntülərdən danışıb:

"Yazırlar ki, kişiyə oxşayır. Amma o da mən olmuşam. Mən keçmişimdən niyə utanmalıyam ki?! Orda utanılası bir şey də yoxdur. Əslində onu yazanlar uğursuz və tənbəl insanlardır. Şükür Allaha ki, hardan hara gəldim. Çox xoşbəxtəm”.