Ölkə 11:44 21.03.2017

Sevgi və evlilik haqqında 6 məsləhət

Aysel Novruz

Evlilik bir sevgi üzərində qurulacaq əhd deyil. Amma evlilik hər kəsin sevəcəyi, qəlbinə hakim kəsiləcək biriylə olmalıdır məncə.

Xoşbəxt evlilik üçün addimlar necə olmalıdır?

• Bir qızı (və ya oğlanı - bunu hər dəfə qeyd etməyəcəm) gördükdə yadınızda saxlayın və o qızın özünə birbaşa yaxınlaşmayın. Araşdırın. Özünü. Vəziyyətini. Ailəsini və ya sizinçün önəmli olan digər kriteriyaları.

• Qızla təkbətək görüşdən qaçın. Çalışın mütləq yanınızda başqaları olsun. Bu aranızda bütün sevgi cücərtilərinin qarşısını almaq üçündür. Axı siz hələ bilmirsiniz sonu necə olacaq. Aşiq olmaq kimə gərək bu ərəfədə?

• Mütləq ailələrinizi görüşdürün. Nədənsə biz özümüz razılığa gəldikdən sonra ailələri işə qatırıq. Məncə isə ilkin mərhələ ailələrin tanış olması ilə başlamalıdır. Bu nə sözdür, nə nişan. Ailələr hər şeyi danışıb razılaşdıqdan sonra arada bir əngəl qalmadığını düşünmək olar.

• Qıza boş ümid verməyin. Bir insana ümid verib sonra geri almaq ona yemək verib geri istəmək kimi bir şeydir.

• Evlənmək üçün bütün şərtlərin uyğun gəldiyinə əmin olduqdan sonra qızla təkbətək görüşün, gözünün içinə baxın və aşiq olun. Əgər aşiq ola bilməsəniz ayrılarsınız. Bu ayrılıqdan nə qızın, nə də sizin ürəyiniz yanar. Çünki ortada əzab verən heç bir şey olmadı.

• Son bənd azərbaycanlılar üçündür: Boşanmış, dul, əcnəbi qadınlar əyləncə üçün yaradılmayıb Allah tərəfindən. Bu cür qadının atası ola biləcəyinizi ağlınızdan çıxarmayın.

Tanışlıq - evlilik qərarı - sevgi.

Ardıcıllıq düzəlməyincə sezenaksular milyoner olmağa davam edəcək bu torpaqlarda...

Axıra kimi oxuyub anlayanlara təşəkkürlər.

Qaynar.Az