İdman 23:26 19.09.2019

"Sevilya"nın baş məşqçisi: "Gözlədiyim “Qarabağ”ı gördüm"

"Rəqib öz meydanında oynayırdı. Stadiondakı ab-havanı da gördünüz. Bu da bizə çətinlik yaratdı. İstənilən halda qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və daha sonra qollar vura bildik".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi "Qarabağ"ı məğlub etdikləri (3:0) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

Eəqib çalışdırıcı "Qarabağ"la bağlı fikirlərini bildirib: "Təcrübəli komanda olması hiss olunurdu. Çox çalışmış bir komandadı. Gözlədiyim "Qarabağ”ı gördüm. APOEL-lə "Qarabağ”ın hər iki oyununu izləmişəm. "Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də "Ayaks”ı kənarlaşdıra bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm".

"10 ildən sonra "Qarabağ”a öz meydanında 3 qol vurmaq necə hissdi" sualına cavab verən Xulen Lopetegi bunları deyib: "Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da "Qarabağ” kifayət qədər qol vəziyyətləri yaratmışdı".