Sənət 12:38 07.05.2014

Sevinc Akifqızına mükafat verildi

Tanınmış şairə və el məclislərinin aparıcısı Sevinc Akifqızı daha bir mükafata layiq görülüb.

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının Rəyasət Heyətinin qərarı ilə Hüseynova Sevinc Akif qızına «Qızıl Qələm» media mükafatı laureatı Diplomu təqdim edilib. Bundan başqa tanınmış şairəyə vəsiqə verilib və adıçəkilən ittifaqın fərdi üzvü seçilib. 

Mükafat eks-prezident Heydər Əliyevin 91-ci ildönümü münasibətilə verilib. 

Mükafatla bağlı fikirlərini bizimlə bölüşən Sevinc Akifqızı bildirib: "Hər il belə gözəl və təntənəli mükafatlar təsis olunur. Bu mükafatı və diplomu verən insanlara öz dərin minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, Sevinc Akifqızı 20 ilə yaxındır ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, bu ilin isə «Qızıl Qələm» mükafatçısıdır.

Qaynar.info