Ölkə 10:48 10.05.2013

Sevincə sevinc bəxş edək

Bu yaxınlarda sosial şəbəkələrin birində bir çox insanların "Əməliyyat olunmazsa həyatını itirəcək!" başlıqlı məlumatı paylaşdıqlarını yəqinki bir çoxunuz görmüsünüz. Məsələyə ciddi yanaşanlarla yanaşı laqeyd yanaşanlar da var. İnsanların laqeyd yanaşmağına da bir növ haqq qazandırmaq olur. Belə məlumatlar bəzən saxta olur və yardım etməyə çalışan cəmiyyət saxtakarlıqla qarşılaşır. Lakin Zeynullayeva Sevinc adlı gənc xanımın problemi göründüyündən də çox ciddidir.

Xəstəlikdən əmin olmaq üçün xəstənin ailəsi və özü ilə də gedib görüşülmüş, xəstəlik haqqında sənədlər də tanış olunmuşdur. Məlum olub ki xəstə Zeynullayeva Sevinc Yumriddin qızı 5ildir xroniki böyrək çatışmamazlığından əziyyət çəkir. Əməliyyat olunmaq üçün tələb olunan məbləğ 30-40min manat civarında dəyişir. Ailədə 5 nəfər olduqlarından və yalnız atası - Zeynullayev Yumriddin fəhlə-çilingər vəzifəsində işlədiyindən ailənin tək ümidi cəmiyyətədir. 5il ərzində bir çox yerlərə müraciət olunsa da sanki bütün qapılar üzlərinə bağlanıb. Həkim isə artıq təcili əməliyyat olunmalı olduğunu və əməliyyat olarsa əməliyyatın yaxşı nəticə verəcəyin bildirib.

Qeyd edək ki, xəstə Azərsu tikinti xəstəxanasında həftənin 3 günü dövlət hesabına dialezə gedir. Lakin digər günlər xəstənin vəziyyəti bədənində yığılan su səbəbindən ağırlaşır. Xəstəyə yardım üçün bank hesabı da açılıb. Yardimsevər insanların mənəvi və maddi dəstəyi olsa da əməliyyat üçün lazım olan məbləğin çox az bir qısmı yığılıb. Xüsusən də tələbələr bu məsələyə laqeyd qala bilməsələr də, lazım olan məbləğ həddindən artıq çox olduğundan yalnız tələbələrin dəstəyi ilə həll olunacaq məsələ olmadığı da göz önündədir. Zeynullayeva Sevinc sağalacağına çox ümidlidir. Xəstəlik səbəbindən ən böyük arzusu olan tələbə adını almaq arzusu da reallaşmayıb.

Onun gözlərindəki ümid işığı insanı bu məsələyə laqeyd yanaşmaga qoya bilmir. Sevincin ən böyük arzusu sagalib oxumaq və daha sonra işləməkdir. Cəmiyyətimizə bu qədər inanıb ümid bəsləyən insanin yaşamasında ona dəstək olaq, gözlərindəki o ümid işığının sönməsinə icazə verməyək. Bir insan həyatını xilas edə biləriksə buna laqeyd yanaşmayaq. Gəlin Sevincə sevinc bəxş edək.

Əlaqə nömrələri.

055 465 69 75 (Anası Zabilə xanım)

055 461 54 70 (Arzu)

050 340 86 33 (Nicat Göyüşlü)

055 829 93 32 (Bahəddin)

Hesab nömrələri:

AZN Bank Details for CA

Bank Respublika ASC MXD

Kod:505668 VOEN:9900001901

M/H : AZ80NABZ01350100000000014944

SWIFT:BRESAZ22

Adi | Name : Zabila

Soyadi| Name: Zeynullayeva

IBAN:AZ14BRES00380194400232097801

VOEN/TIN:

USD BANK DETAILS FOR CA

Intermediary Bank / Vasiteci Bank 

Deutsche Bank Trust Company Americas

New York , USA

SWIFT:BKTRUS33

Beneficiary Bank / Alanin Banki

Bank Respublika OJSC

Baku/Azerbaijan

SWIFT:BRESAZ22

Beneficiary / Alan

Name/Adi: Zabila

Surname/Soyadi: Zeynulllayeva

IBAN: AZ78BRES00381184000232097803

TIN/VOEN:

Qaynar.info