Ölkə 11:16 14.03.2018

Sexdə səs-küy olmaz - Nazirlikdən cərimə!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar Xətt”inə Sabunçu rayonu, Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küy ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ETSN-nin mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsi, Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə aparılan ölçmə işləri nəticəsində sexdə işləyən iri həcmli köhnə ventilyatorların yaratdığı səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.