Ölkə 16:26 27.01.2014

Seymur Baycandan Mehman Hüseynovun müsahibəsinə REAKSİYA

"Mehman Hüseynov məndən daha çox populyardır".

Bunu Qaynar.info-ya açıqlamasında yazıçı Seymur Baycan gənc blogger Mehman Hüseynovun ""Facebook" vastiəsi ilə Seymur Baycandan və digər yazarlardan daha çox maarifləndirici işlər görürəm" fikrinə münasibət bildirərkən deyib. 

O, həmçinin Mehman Hüseynovun haqlı olduğunu da vurğulayıb: "Elə insanlar var ki, onlar daha çox funksionaldılar. Onlardan biri də Mehman Hüseynovdur. Mənim buna heç bir etirazım yoxdur. Mehman foto çəkir, göstərir. Ona böyük maraq və diqqət var. Təbii ki, Mehman Hüseynovun populyarlığı ilə mənim populyarlığımı müqayisə etmək olmaz. O, məndən daha irəlidədir. Məncə, Mehmanın cəmiyyətdə elə insanlara çıxışı var ki, mənim bu insanlara ümumiyyətlə çıxışım yoxdur. Bu mənada Mehman haqlıdır."

Xatırladaq ki, blogger Mehman Hüseynov 1937.az-a açıqlamasında kitab oxumağın əlavə vaxt itkisi və ən böyük əzab olduğunu bildirib. O, bu yolla insanların maarifləndirilməsinin çətin olduğunu iddia edib. 

Elkin

Qaynar.info