Ölkə 22:48 16.02.2020

Seysmoloji Xidmət Mərkəzi: "Təşviş yaratmağa ehtiyac yoxdur"

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RXSM) Azərbaycanda gün ərzində baş verən zəlzələlərə münasibət bildirib.

Qaynarinfo-nun xəbərinə görə, Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, gün ərzində qeydə alınan zəlzələlər zəif olub:

"Təşviş yaratmağa ehtiyac yoxdu. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir. Şamaxıda qeydə alınan zəlzələ hiss olunmayıb ( ml=3.8), bir neçə dəqiqə əvvəl Lənkəran Lerik sərhəddində qeydə alınan zəlzələ (ml=3.5) Lerikdə 3 bala qədər hiss olunub. Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran Lerik sərhəddində 10 kilometrdir.

Nəzərə almaq lazımdır ki, hər iki seysmik aktiv bölgədə yerləşir və belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür".