Ölkə 09:49 16.11.2017

Qurban Yetirmişli: "Zəlzələ 24 saat ərzində davam edə bilər"

"Bu gün yeraltı təkanların episentri Ağdam - Quzanlı kəndi ərazisinə düşür. Zəlzələnin dərinliyi 25 km.-dir”.

"Qaynarinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.

"Ümumilikdə zəlzələnin gücü hardasa 6 bal olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevir, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında da müşahidə edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə olub”, - deyə Q.Yetirmişli bildirib.

Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: "Bundan sonra da afterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.
 
Qaynarinfo.Az