Dünya 20:51 18.01.2020

"Şeytan çıxarma" ayini: hamilə qadın və 5 uşağı öldürüldü

Panamanın şimal-şərqində yerlilərin yaşadığı və "Tanrının yeni işığı" adlı təriqətin nəzarəti altında olan bölgədə kütləvi məzarlıq aşkarlanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məzardan 7 nəfərin cəsədi çıxarılıb. Hamilə qadın, 5 uşağı və 17 yaşındakı qonşularının şeytan çıxarma ayini zamanı işgəncə ilə öldürüldükləri bildirilir.

Ölkənin Baş Prokurorluğu 15 nəfərin isə yaralı olaraq xilas edildiyi hadisə ilə bağlı aralarında qadının atasının da olduğu 10 nəfərin saxlanıldığını açıqlayıb. Prokuror Rafael Baloyes cəsədlərin ayinin icra edildiyi kilsədən 2 kilometr uzaqlıqda tapıldığını bildirib.

Polis ayindən qaçan 3 kəndlinin şikayətindən sonra məsələdən xəbərdar olub. İstintaq zamanı kilsədə dəhrə, bıçaq və paya ilə yanaşı qurban edilmiş keçi də tapılıb.

Baloyes evlərindən aparılan şəxslərdən peşman olduqlarını etiraf etmələrini, daha sonra da onlara işgəncə verildiyini deyib. Paya və İncillərlə döyülən şəxslərin isə daha sonra dəhrə və bıçaqla öldürüldükləri qeyd olunub.

Saxlanılanlar arasında azyaşlı da olub. "Şeytan çıxaranlar" qətliama "Tanrının tapşırığı" ilə başladıqlarını bildiriblər.
 
Camal