Video 18:14 16.03.2018

Səyyad Əlizadəyə təklif: “Qarşıma şərt qoyurlar ki, tək gəl” (VİDEO)

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Səyyad Əlizadə maraqlı açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, bayram ərəfəsində Dərbənd şəhərində konsert proqramı ilə çıxış edəcəyini deyən sənətçi, onu konsert üçün Avropaya dəvət edənlərin qoyduğu şərti də açıqladı:

"Neçə illərdir, konsert üçün Dərbənd şəhərinə dəvət edirlər. Bu il razılıq verdim. Martın 19-u Dərbənddə "Bəyaz gecələr” adlı solo konsertim var. İki günlük səfər olacaq, sonra isə Azərbaycana geri dönəcəm. Avropadan da konsertlə bağlı təkliflər gəlir. Fransadan, Almaniyadan, İsveçdən, Norveçdən təkliflər var. Ancaq qarşıma şərt qoyurlar ki, tək gəlin. Mən heç vaxt bunu qəbul etməmişəm. Onlara deyirəm ki, əgər gəlirəmsə ora, mənim ansamblım da gəlməlidir”.

Son olaraq isə Səyyad Əlizadə müğənni Elnur Məmmədovun yeni il ərəfəsində onun "Bəyaz gecələr” mahnısına müraciət etməsinə münasibətini bildirib:

"Elnur istedadlı müğənnidir, üstəlik yaradıcı müğənni olacaq. O, mənə dedi ki, "Bəyaz gecələr” mahnısına müraciət etmək istəyirəm. Dedim ki, oxu. Əgər mahnı sevilirsə, oxunmalıdır. Elnurun ifasına efirdə yox, internetdə baxdım. Normaldır. Yanaşma fərqlidir”.