Dünya 09:10 17.03.2018

Si Cinpin Çinin sədri seçildi

Ümumçin Xalq Nümayəndələri Yığıncağı ikinci beş il müddətinə Si Cinpini ölkənin sədri seçib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Si Cinpin bu vəzifəyə gizli səsvermə yolu ilə seçilib. Si Cinpin həmçinin yenidən Çinin Mərkəzi Hərbi Şurasının başçısı olub.

Səsvermənin gedişatında Çin Xalq Respublikası sədrinin müavini postuna Kommunist Partiyasının Baş Antikorrupsiya orqanının keçmiş katibi Van Çişan seçilib.

Qeyd edək ki, bir müddət öncə Ümumçin Xalq Nümayəndələri Yığıncağının qəbul etdiyi qərarla Çinin sədri vəzifəsinə seçimdə limit götürülüb.