Ölkə 11:45 15.11.2013

Sibel Canın qiyməti qalxdı

Son oynadığı xalça reklamlarından 1,5 milyon dollar qazanan məşhur müğənni Sibel Can reklam qiymətini artırıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni firmanın inşaat reklamlarında rol almağa başlayan müğənni reklam qiymətini 1 milyon dollar artırıb. 

Sənət dünyasının ən çox qazanan məşhurlarından biri olan Sibel Can sərvətinin böyük bir hissəsini yaradıcılığından deyil, rol aldığı reklam filmlərindən qazanıb. 7 il fasiləsiz olaraq rol aldığı xalça firmasının reklam filmlərindən təxminən 10 milyon dollar qazanan sənətçi İstanbul, Amerika və Fransada evlər alıb.

Qaynar.info