Şiddətli göz ağrısı ciddi xəstəlik əlaməti ola bilər.

Qaynarinfo xəbər verir ki, əgər gözləriniz davamlı olaraq ağrıyırsa, bunu gözardı etməyin. Həkimə müraciət etmənizdə fayda var. Belə ki, göz ağrısı aşağıdakı səbəblərdən meydana gələ bilər:

Allergiyalar

Blefarit (Göz qapağı infeksiyası)
Chalazion (Göz kistası)
Göz quruluğu
Kontakt linza problemi
Keratit (Kornea iltihabı)
Glokom xəstəliyi (optik sinirlərə zərər verən vəziyyət)
Optik nervit (optik sinir iltihabı)
Sklerit (gözün ağ hissəsində meydana gələn iltihab)

Göz ağrısı zamanı müalicə necə aparılır?

Eynək istifadəsi: Əgər daimi linza istifadə edə bilmirsinizsə, eynəkdən faydalana bilərsiniz.

İsti kompress: Həkimlər xəstələrə göz qapağı iltihabı zamanı nəmli dəsmal ilə kompress tətbiq etməyi məsləhət görür. Bu yağ vəzilərini və tük köklərinin açılmasına yardımçı olur.

Antibiotiklər: Antibakterial damcılar və oral antibiotiklər gözdə ağrıya səbəb olan infeksiyaların müalicəsində istifadə edilir.

Göz damcıları: "Glokom” xəstəliyi olan xəstələr müalicə məqsədi ilə göz damcıları istifadə edə bilər.

Cərrahiyə əməliyyatı: "Glokom” xəstəliyi olan xəstələrin lazer əməliyyata ehtiyacı var.

Göz ağrısından ev üsulu necə xilas olaq?

Xiyar
 
Xiyar tərkibindəki iltihabəleyhinə maddələr sayəsində gözdəki itihabın, şişkinliyin azalmasına səbəb olur. Xiyar yuyulur və qalın dilimlər halında kəsilir. Bu dilimlər 15-20 dəqiqə soyuducuya qoyulur və ardından 10 dəqiqə ərzində göz ətrafına qoyulur. Gündə 4-5 dəfə bu proses təkrarlanır.

Soyuq süd
 
Göz ağrısının ya da göz qaşıntısının qarşısını almaq üçün ən təsirli üsullardan biri süddür. Südə batırılmış pambıqla gözün ətrafı ovxalanır. Gündə 2 dəfə səhər və axşam təkrarlayın.

Gül suyu
 
Təbii gül suyu göz ağrısı və qaşıntısından xilas olmağın ən effektiv ev üsullarından biridir. Gündə iki dəfə gül suyu ilə gözünüzü yaxalayın. Gözlərinizdə qalıcı rahatlıq üçün gül suyunu göz damcısı olaraq istifadə edə bilərsiniz. İltihab olan gözə 3 damcı gül suyu tökün.

Nərmin Həsənli