Texnologiya 13:03 17.11.2017

Məşhur şirkət 7 min nəfəri işdən çıxardır

Almaniyanın əsas elektronika firmalarından olan "Siemens" böyük ixtisarlara hazırlaşır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, elektrik stansiyalarında istifadə edilən su turbininin satışında yaranan durğunluq şirkəti bu addımı atmağa məcbur edib. Belə ki, "Siemens" Almaniyanın Leypziq və Görlitz şəhərlərindəki fabriklərini bağlayacaq, Erfurtdakı fabrik isə satışa çıxarılıb. Nəticədə 7 min nəfər işçi işsiz qalacaq. 

Turbin istehsalında 16 min işçisi olan alman nəhəngi 2018-ci ildən etibarən Avropada 2500, ABŞ-da isə 1800 işçini ixtisar edəcək. 

1847-ci ildə Almaniyada yaradılan "Siemens" bu günə qədər 352 min nəfərə iş verib və ötən il 79 milyard 600 milyon dollar gəlir əldə edib.

Gülşən
Qaynarinfo.Az