Ölkə 20:10 18.12.2017

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 30-da saat 11.00-da bütün hərbi hissələrdə "Açıq qapı” günü keçiriləcək.

Qaynarinfo Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə görüşlər təşkil olunacaq, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.