Dünya 12:08 27.05.2013

Şimali Koreya lideri əmr verdi

Şimali Koreya lideri Kim Çen Un orduya baxış keçirərkən, hərbi döyüş gəmilərinin gizlədilməsini mər edib. 

Qaynar.info-nun məlumatına görə, Kim Çen Un bu əmri 261 saylı donanmaya baxış keçirərkən açıqda dayanan bir hərbi gəmini görəndən sonra verib. 

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi bu gün yaydığı açıqlamada səfərin nə zaman baş tutduğu və donanmanın harada yerləşdiyi barədə heç bir məlumat verməyib. 

Koreya Xalq Ordusunun Baş Komandanı düşmənlərin Şimali Koreya əsgərlərinin hərəkətlərini izlədiyini, bu səbəbdən hərbi qüvvələrin gizli qalmasının böyük önəm daşıdığını bildirib. 

Kim Çen Un bundan başqa ordunun hərbi müdaxilə vəziyyətinə gətirilməsinin vacibliyini vurğulayaraq, bütün hərbi hissələrdə olan problemlərin aradan qaldırılması təlimatını verib. 

Qaynar.info