Dünya 15:08 24.05.2018

Şimali Koreya vədinə əməl etdi: nüvə sınaq sahəsi dağıdıldı

Şimali Koreya 20 xarici jurnalistin müşayiəti ilə "Punggye-ri" nüvə sınaq sahəsini dağıdıb. 

Qaynarinfo Sky News-a istinadən xəbər verir ki, prosesi izləyən jurnalistlərdən olan Tom Çeşır çox böyük partlayışın baş verdiyini və tunelin dağıdıldığını bildirib.  

Jurnalistlər ərazidəki dağa çıxıb və 500 metr kənarda baş verən partlayışı izləyiblər. 

Qeyd edək ki, Şimali Koreya ABŞ və Cənubi Koreya ilə münasibətləri düzəltmək məqsədilə nüvə sınaq sahəsini bağlayacağını elan etmişdi.

Gülşən