Dünya 12:42 16.02.2013

Şimali Koreyadan dünyanı lərzəyə salacaq açıqlama

3-cü nüvə sınağının təsirləri davam etdiyi bir vaxtda Şimali Koreyadan dünyanı qarışdıracaq daha bir xəbərdarlıq gəldi.

Qaynar.info-nun məlumatına görə, Şimali Koreya rəhbərliyi növbəti nüvə silahını sınaqdan keçirəcəyini bildirib. Rəsmi Pxenyanın sınaqdan keçirməyə hazırlaşdığı nüvə sınağı haqda Çinə məlumat verdiyi qeyd olunub.

Şimali Koreya hakimiyyəti 4-cü sınağın əvvəlkindən də daha dəhşətli olacağını açıqlayıb. Yeni sınağın yerin altında keçiriləcəyini və gücünün 10 kilotona bərabər olacağı bildirilib.

Açıqlamada bu il ərzində 5-ci sınağın da keçiriləcəyi və yeni bir nüvə başlıqlı raketin atılacağı da qeyd olunub.


Qaynar.info