Foto 15:36 26.05.2018

Şimali və Cənubi Koreya liderləri yenidən bir arada: Trampla görüş müzakirə edildi (FOTOLAR)

Şimali və Cənubi Koreya liderləri yenidən bir araya gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen InMun Çey In iki ölkə sərhədində yenidən görüşüblər. Ölkə rəhbərləri Kim və ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüşün müzakirəsi üçün bir araya gəlib. 

Qeyd edək ki, Şimali və Cənubi Koreya prezidentləri 27 apreldə görüşmüş, 16 maya planlaşdırılan 2-ci qarşılaşma təxirə salınmışdı. Addıma səbəb Cənubi Koreya və ABŞ-ın ortaq hərbi təlimləri göstərilirdi. Ötən günlərdə isə Tramp Şimali Koreya ilə 12 iyunda planlaşdırılan görüşün ləğv edildiyini açıqladı. ABŞ prezidentinin dünən açıqlamasında isə qarşılaşmanın baş tuta biləcəyi mesajı verildi. 

Qeyd edək ki, Tramp və Kim 12 iyunda Sinqapurda görüşə bilər.

Gülşən