İdman 14:14 20.01.2020

Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. 

Qaynarinfo AFFA-nın rəsmi saytıa istinadən xəbər verir ki, yığmanın iki futbolçusu - Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqları üçün (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.