Video 15:06 13.03.2018

Sirkdə “Baharın 18-ci anı”nı yaşayın: Möhtəşəm şou olacaq (VİDEO)

Bakı Dövlət sirki mart ayının 16-dan bayram əhvallı bir proqramla tamaşaçılarını sevindirəcək.

"Baharın 18-ci anı" adlı proqramda ilk dəfə olaraq Nikaraquanın dünya şöhrətli sirk ulduzu Filip Delqadonun attraksionlarını, o cümlədən bir-birindən maraqlı nömrələr təqdim olunacaq. Proqram 2 saat davam edəcək, biletlərin qiyməti sırasına görə dəyişir - 10 manatdan 20 manata kimi. Seanslar saat 12, 15 və 19-da olur. Bilet satışı qabaqcadan sirkin kassalarından, metronun 28 may, Əcəmi və Neftçilər stansiyalarının çıxışlarında maşınlarda səyyar kassalardan və sirkin inzibatçıları vasitəsilə kollektiv sifarişlərlə həyata keçirilir. 

Ünvan: Səməd Vurğun küçəsi-68, Təzə bazarın yanı.

Əlaqə telefonları: 012 597 28 48 (məlumat xətti)

012 597 25 95 (kassa)