Dünya 19:20 14.12.2019

Şirkətin pulunu striptiz klublarında "yeyən" sədr işdən qovuldu

ABŞ-ın məşhur Turvo İnc. startapının yaradıcılarından olan Erik Gilmor şirkətin büdcəsi ilə 3 il müştəriləri striptiz klublara apardığı üçün vəzifəsindən azad olunub.

Qaynarinfo xəbə verir ki, may ayında üzə çıxan hadisədən sonra onun işdən uzaqlaşdırılması üçün prosedur başladılıb. Barəsində səsləndirilən ittihamları rədd etməyən Gilmor şirkətin proseduru pozduğunu iddia edərək, dava açıb. İdarə heyəti isə prosesin qaydalara uyğun aparıldığını müdafiə edib. Sentyabrda tərəflər arasında razılaşma əldə olunub.

Şirkətin yeni baş direktoru verdiyi açıqlamada işçilərə müştərilərini əyləndirmək üçün striptiz klublara aparmağı və bunun xərcini şirkətə ödətməyi qadağan etdiklərini deyib.

Startapın ən böyük səhmdarlarından olan Gilmor sədrlikdən çıxarılsa da, idarə heyətinin tərkibində qalıb.
 
Camal