Foto 16:54 29.01.2020

Şirvan seçiciləri: “Biz səsimizi Rəşad Camalova verəcəyik” (FOTOLAR)

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalov Şirvan camaatı ilə izdihamlı görüşlərini davam etdirir.

Qaynarinfo xəbər verir ki, deputatlığa namizəd Rəşad Camalov bu dəfə Şirvannın  Hacıqəhrəmanlı qəsəbəsinin sakinləri ilə bir araya gəlib. 

Seçicilər Rəşad Camalovu yüksək əhval-ruhiyyə ilə qarşılayıblar. Onunla söhbət edən qəsəbə sakinləri Şirvanın belə bir gənc deputata çoxdan ehtiyacı olduğunu  dilə gətiriblər.

Deputatlığa namizəd Rəşad Camalov özü haqqında insanlara ətraflı məlumat verərək bu yerlərə heç də yad olmadığını söyləyib. Rəşad Camalov qeyd edib ki, ölkədə aparılan gənclər siyasəti çox uğurla həyata keçirilir:

"Bir gənc olaraq deputat seçiləcəyim təqdirdə hər zaman sizin yanınızda olacam. Hər bir şirvanlı mənim üçün doğma və əzizdir”.

Daha sonra seçicilər Şirvanın ümumi problemlərindən danışaraq Rəşad Camalovun diqqətinə bəzi məsələləri çatdırıblar.

Deputatlığa namizəd bildirib ki, gənclər hər zaman dövlət başçısının ətrafında sıx birləşib və cənab prezidentin gördüyü işləri alqışlayır.

Sonda qəsəbə sakinləri fevralın 9-da Rəşad Camalova səs verəcəklərini xüsusi qeyd ediblər.