Ekonomiks 11:02 02.09.2013

Şirvan və Qəbələdə qaz olmayacaq

Bu gün Şirvan və Qəbələnin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən Qaynar.info-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar sentyabrın 2-də saat 16:00-dək «Şirvan» Qaz Paylayıcı Stansiyasından qidalanan «Hacıqəhrəmanlı» və «Şirvan sənaye», saat 14:00-dən 17:00-dək isə «Qəbələ» ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Qəbələ şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələrinə və Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Qaynar.info