Ölkə 10:34 18.05.2013

Şirvanda qatar yük avtomobili ilə toqquşdu (FOTOLAR)

Qumla yüklənmiş avtomobil yararsız vəziyyətə düşsə də, sürücü hadisədən salamat qurtara bilib

Ötən gün axşam saatlarında Şirvan şəhərində qorunmayan dəmir yol xəttini keçən yük maşını qatarla toqquşub. Şirvan yol xəttindən APA-ya verilən məlumata görə, 1964-cü il təvəllüdlü Allahverdi Mürsəl oğlu Mikayılovun idarə etdiyi “Howo” markalı 90 MR 516 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub.

Qumla yüklənmiş avtomobil yararsız vəziyyətə düşsə də, sürücü hadisədən salamat qurtara bilib.

Faktla bağlı Şirvan yol xətti polisi tərəfindən araşdırma aparılır.

Qaynar.info