Maqazin 12:37 10.03.2015

Siyasətçi qadının açıq-saçıq şəkilləri gündəm oldu - FOTOLAR

Açıq-saçıq fotoları ilə müntəzəm olaraq gündəmə gələn danimarkalı siyasətçi, Kopenhagen universitetinin 21 yaşlı tələbəsi Nikita Klaestrup yenidən qalmaqala səbəb olub. 

Ölkədə hələ də onun dekolte geyimləri və gözəlliyindən danışırlar. Düzdür gənc və gözəl qızın dərin dekolteli geyimləri partiya yoldaşları arasında da birmənalı qarşılanmayıb. 

Bu dəfə mübahisələrə onun üzvü olduğu "Gənc mühafizəkarlar" (Konservativ Ungdom) partiyasından olanlar da qoşulublar. 

Partiyadan olan bir qrup siyasətçi qızın işi ilə deyil, dekolte geyimi ilə gündəmə gəlməsindən narahatdır. 

Bəziləri isə günahın Nikitada deyil, diqqəti onun geyimlərinə çəkəndə olduğunu deyir. Nikita özü isə deyilənlərə elə də fikir vermir. Onun sözlərinə görə, siyasətçi həm cazibədar, seksual, həm də ağıllı ola bilər.//anspress











Qaynar.info