Siz də bunu edirsinizsə... xəstəsiniz

Siz də bunu edirsinizsə... xəstəsiniz

Mütəxəssislərə görə, bu problemdən daha çox gənclər təsirlənirlər. Onların fikrincə, "alış-veriş xəstəliyinin" bir ruhi pozuntu kimi tanınması insanların bu xəstəlikdən xilas olmasına kömək edəcək

Alman alimləri onlayn alış-verişi psixi pozuntu kimi qəbul etməyi təklif ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, "alış-veriş xəstələri" öz alış-veriş istəklərini idarə edə bilmir və buna görə də çox zaman dəyərini düşünmədən belə lazımsız əşyalar ala bilirlər.

Qeyd edək ki, məcburi alış-veriş anlayışı uzun müddətdir ki, mövcuddur.

İnternet mağazalarının inkişafı "alış-veriş xəstəliyinin" böyüməsinə səbəb olub. Statistikaya görə, dünyanın hər 20 nəfərdən biri "alış-veriş" xəstəliyindən əziyyət çəkir. Bu da dünya əhalisinin 5 faizi deməkdir. Almaniyadan olan 122 onlayn alış-veriş həvəskarının iştirak etdiyi bir araşdırmaya görə, şəbəkədəki malların nəzarətsiz alınması yalnız maddi problemlərə deyil, həm də stressə, depressiyaya, ailə münaqişələrinə və həyat səviyyəsinin aşağı olmasına səbəb olur. Mütəxəssislərə görə, bu problemdən daha çox gənclər təsirlənirlər. Onların fikrincə, "alış-veriş xəstəliyinin" bir ruhi pozuntu kimi tanınması insanların bu xəstəlikdən xilas olmasına kömək edəcək.

XƏBƏRLƏR
BLOGLAR